Niyə təsbehlə zikr etmək olmaz?

    12.09.2014
Sual: 
Salam. Təsbehlə zikr etmək olmaz deyirsiniz. Təsbeh nədir ki, say tutmaq üçün bir şeydir də. Niyə olmaz?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqları ilə zikr etmiş və demişdir: "Təkbir (Allahu Əkbər), Təqdis, Təsbih (Subhənəllah) və Təhlil (Lə iləhə illəllah) etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin. Həqiqətən onlar (əzalar) danışdırılacaqlar və soruşulacaqlar". (Əbu Dəvud, 1501). Həmçinin, demişdir: ...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim; Əhməd, 1/435). Bu gün təsbehlə zikr etmək əvəzinə nə oyunlar çıxardıldığını hamı görür. Bu da hədisin təsdiqidir. 

Paylaş: