Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?
Və aleykum Salam. Əqiq qurbanını kəsmək vacib yox, təkid olunmuş sünnələrdəndir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun əqiq adı ilə qurban kəsilir. İmkan yoxdursa, kəsməmək olar və günah deyil. Sonradan imkan olan kimi bu qurbanları kəsmək lazımdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Doğulmuş uşaqla yanaşı əqiqi var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (İbn Məcəh, 3163).
Başqa hədisdə demişdir: "Doğulmuş hər bir uşaq “əqiqinə” bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (ət-Tirmizi 1522).
Kəsdikdə isə dil ilə tələffüz etmədən qəlbində Allah rizası üçün ümumi niyyət edilərək, daha sonra dil ilə yavaşca tələffüz edilərək kəsilənin adından (məsələn, oğlum filankəsin və ya qızım filankəsin adından) "Bismilləh" (Allahın adı ilə) "Allahu Əkbər" (Allah ən Böyükdür) deyilərək əqiq qurbanı kəsilir. Həmçinin, burdakı duanı oxuya bilərsiniz: Qurban kəsərkən nə deyilir