Borcu olan şəxs qurbanlıqda qurban kəsə bilərmi?
Sual:
Assalamu Aleykum. Bilmek isterdim ki, borcu olan istenilen bir shexs Allah rizasi uchun qurbanliqda qurban kese bilermi? Xahish edirem ki, imkan daxilinde sualimi tez bir zamanda cavablandirib saytiniza yerleshdiresiniz. Men size chox guvenirem, inaniram ve sizi Allah uchun chox sevirem. Men, dostlarim, qohumlarim ve butun aile uzvlerim daimi sizi sayti oxuyub izleyirik ve yeniliklere tanish oluruq. Sizden daha da maraqli yenilikler gozlemek umidi ile hormetle Metanet xanim Mirzeyeva...
Cavab:
Aleykum salam. Bizi xatirinə sevdiyiniz Allah sizi də sevsin! Əgər borc sahibi borcunu tələb etmirsə və ya borcunun qaytarma vaxtına hələ varsa, o zaman qurban kəsməyə maddi cəhətdən imkanı olan qurban kəsə bilər. Borc sahibi borcunu tələb edirsə, o zaman qurban kəsməyərək borcu vermək lazımdır və qurban kəsə bilmədiyi üçün kədərlənmək olmaz, çünki Uca Allah insana bacarmadığı əməli yükləməz: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
Qurban kəsmək şəirətdə vacib buyurulmayıb, təkid olunmuş sünnələrdəndir. Həmçinin kasıb insan bilməlidir ki, əgər qurban kəsə bilmirsə, Allah Rasulu (salləllahu aleyhi və səlləm) qurban kəsə bilməyən kasıblar üçün bütün ümmətinin adından qurban kəsib.