Hamilə qadının rahat doğuş keçirməsi üçün dua varmı?
Sual:
Salem..Hamile qadin rah at doguw ucun dua varmi??Men turk kanallarinda ewitmiwdim Hz Meryem Isayi doganda bu duani etmiwdi .Summe sebiri yessera...Bu sozun menasi nedir?? Bu duani demek duzgundurmu???Allah razi olsun
Cavab:
Aleykum salam. Bununla bağlı xüsusi bir dua yoxdur. İstədiyiniz kimi öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Bu məqalələri oxuyun:
Dua ibadətdir
Mənə dua edin, Mən də sizə cavab verim
Sizin qeyd etdiyiniz söz Qurani Kərimdə Abəsə surəsinin 20-ci ayəsidir. Uca Allah buyurur: "Qoy ölsün (kafir) insan! O necə də nankordur! (Qoy baxıb görsün Allah) onu nədən yaradıb? (Allah) onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı - (summə-s-səbilə yəssərahu). Sonra onu öldürüb qəbirə yerləşdirdi. İstədiyi bir zaman onu dirildəcəkdir". (Abəsə, 17-22).
Bunu Məryəmin İsanı (Allahın onlara salamı olsun) dünyaya gətirərkən oxuması ilə bağlı isə heç bir məlumatımız yoxdur.