"Qait" və "caiz" sözlərinin mənası nədir?
Sual:
Salam Aleykum.
Qait və caiz terminlərinin mənalarını bilmək istəyirəm. Və bir də Azərbaycan dilində dini terminlərin izahlı lüğət kitabı varmı?
Cavab:
Aleykum salam. "Caiz" sözü ərəb mənşəli kəlmə olub, mənası icazəli, keçərli, mümkün, buraxılan və s. deməkdir.
Ərəbcə "qait" sözünə rast gəlməmişik, ola bilsin siz "ğait" sözünü nəzərdə tutmusunuz. Bu sözün mənaları çoxdur, Quranda isə "ğait" sözü "ayaqyolu" mənasında işlənib. "...Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan (minə-l-ğaiti) gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün...". (əl-Maidə, 6).
Dini terminlərin izahı ilə bağlı Azərbaycan dilində bir neçə kitab çıxmışdır, kitabxanalardan maraqlana bilərsiniz.