Günahların insana nə kimi zərərləri var?

    19.09.2014
Sual: 
Salam aleykum. Bilmek isterdim ki, gunahin insana hansi tesiri, zererlei vardir?
Cavab: 

Va aleykum Salam. Günahların zərəri barədə məşhur islam alimi İbn əl-Qayyim demişdir: "...Günahın insana təsirinə və zərərlərinə gəldikdə, görünüşü pisləşər, haqqı gizlədər, qəlbi kirlənər, zikrin mənasını dərk etməz, vaxtını zay edər, xalq ona nifrət edər, bəndə ilə Rəbbi arasında ikiüzlülük yaranar, duası qəbul olmaz, qəlbi qatlaşıb sərtləşər, ruzisi azalıb və ömrü bərəkətsiz olar, elmdən məhrum olar, zəlalətə bürünər, düşmən yoluna üz tutar, içi daralar, sıxılar, qəlbini və vaxtını öldürən dostlara mübtəda olar (pis dostlara qoşular), daim sıxıntı və kübar hiss edər, dolanışığı sıxıntılı keçər, qəmgin, qüssəli, kədərli, hüzüntülü olar, əkinin sudan və istinin atəşdən meydana gəldiyi kimi bu insanda da Allahı Təalanı zikr etməkdən qafillik və asi (üsyankar) olma durumu meydana gələr...".
Uca Allah buyurur: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar". (əl-Ənam, 125).

 

Paylaş: