Yuxu yozmaları kitabı ilə yuxu yozmaq günahdırmı?

    22.09.2014
Sual: 
Salam. Yuxu kitabları ilə yuxu yozmaq günahdır?
Cavab: 

Aleykum salam. Əgər kitablar mötəbər mənbələrə, Quran ayələrinə, səhih hədislərə və rəvayətlərə söykənirsə, bu zaman o kitablardan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb. Həmçinin bilmək lazımdır ki, hər kəs yuxu yoza bilməz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlikdə (yəni peyğəmbərliyin əlamətlərindən) yalnız müjdələr qalmışdır". (Səhabələr): "Müjdələr nədir?" - deyə soruşdular. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), "gözəl yuxudur!" - deyə cavab verdi". (əl-Buxari, 6990).
İmam Malikə (rahiməhullahu) "hər kəs yuxu yoza bilərmi?" - deyə sual verildikdə, o "Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?" - deyə cavab vermişdir.

Paylaş: