Zövcəm mənə itaət etmir və söz qaytarır, nə edim?
Sual:
Selamualeykum qarsaw menim zovcem mene qulag asmir,mene javab qaytarir,men neidim talaq verim? Nesihet isteyirem sizden,allah razi olsun
Cavab:
Aleykum salam. Şəriətdə qadın ərinə itaət etmirsə nəsihət etmək, fayda verməsə yatağı ayırmaq və s. üsullar buyurulmuşdur. Sözsüz ki, ən birinci üsul davamlı və gözəl əxlaqla nəsihət etməkdir. Nəsihət dedikdə Allahın əmr və qadağalarını xatırlatmaq nəzərdə tutulur. Allahın dinini öyrətmək həm də ərinin qadına qarşı olan vəzifələrindən biridir. Siz öz zövcənizə Allahın dinini kifayət qədər öyrətmisinizmi? Həmçinin özünüz İslam əxlaqına nə qədər yiyələnmisiniz? Səbirli, mülayim olmaq, Allahın dininə dəvətdə səbirli olmaq və s. nəzərdə tutulur. Əgər həyat yoldaşınız İslamı yaxından öyrənsə, belə problemlər Allahın izni ilə həll oluna bilər, çünki ailə -- qadının Cənnəti qazanması üçün əsas vasitələrdəndir. Abdurrahmən ibn Avf (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini buyurmuşdur: "Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan cənnətə daxil olar". (İmam Əhməd, №: 1161, 1664; əl-Albani: "Səhih əl-Cami" əsəri, №: 660).
Qadınların İslamı öyrənməsi üçün gözəl vasitələrdən biri də onların özlərindən daha elmli müsəlman bacılarla oturub-durması və onlardan elm alması, həmçinin onlardan nümunə götürməsidir. Bu həmçinin kişilərə də aiddir.
Qısası, ər və arvad Uca Allahın dininə, onun əmr və qadağalarına nə qədər çox riayət edərlərsə, ailə də o qədər möhkəm və xoşbəxt olar. Allah kömək olsun.