Siz haradan bilirsiz ki, peyğəmbərimiz və səhabələri niyyəti dil ilə deməyiblər?
Sual:
Salam aleykum. Siz hardan bilirsiz ki, Peygemberimiz (sallallahu aleyhi ve sellem) ve sehabeleri (Allah onlara rehmet elesin) niyyeti dilde demeyibler? Buna aid bir hedis var mi?
Cavab:
Aleykum salam. Niyyət etmək qəlbində bir işə məqsədi olmaq deməkdir. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz. İslam tarixindən məlumdur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) heç biri ibadətlərdə niyyəti dil ilə tələffüz etməyiblər. Həmçinin oxuyun: Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?