Qadına gül vermək olarmı?

    30.09.2014
Sual: 
Salamualeykum va rahmatullah islamda qadina gul vermek olar? Olsa nece gul vermelidi canli gul yoxsa,,, Allah razi olsun sizden
Cavab: 

Aleykumu-s-sələm va rahmatullahi va bərakətuhu. Sizə məhrəm olan qadınlara (məsələn; ana, bacı, həyat yoldaşı, nənə və s.) hədiyyə kimi gül verə bilərsiniz. Şəriətdə bunun qadağan olunması ilə bağlı heç bir məlumat yoxdur. Canlı və ya süni olmasının fərqi yoxdur, hədiyyə vermək sevgi yaradan bir əməldir. Sevgi yaradacaq əməllərə aiddir: salam vermək, hədiyyələşmək, xəstələndikdə insanları ziyarət etmək, ehtiyaclı anlarında onlara yardım etmək və münasibətləri gücləndirmək və s.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar". (ət-Tabərani, Əbu Nuaym).
"Tələb etmədən verilən hədiyyəni qəbul edin!" (əl-Hakim).
"İstəmədən veriləni alın! O, Allah Təalanın göndərdiyi ruzidir". (əl-Beyhəqi).
"Dəvəti qəbul edin, hədiyyəni rədd etməyin!" (əl-Buxari).
"Hədiyyə, Allahın göndərdiyi gözəl bir ruzidir. Hədiyyəni qəbul edin və qarşılığında daha gözəlini verin!" (ət-Tirmizi).
 "Hədiyyə verənə siz də hədiyyə verin! Əgər verəcək bir şey tapa bilməzsəniz, onun üçün dua edin ki, hədiyyə qarşılıqsız qalmasın!" ən-(Nəsəi).

Teqlər: 
Paylaş: