Həyat yoldaşım ilə bacılarım arasında problemlər yaşanır...

    03.10.2014
Kimdən: 
Nadir
Sual: 
Assalamu aleykum. Zövcəm ilə bacılarım arasında problemlər yaranır. Bele olduqda nece davranmaliyam.
Cavab: 

Aleykum salam. Bir çox hallarda ailədə baş verən problemlər ailə üzvlərinin Uca Allahın əmr və qadağalarına kifayət qədər riayət etməməsi, Uca Allahın onların üzərinə qoyduğu haqq və vəzifələri bilməməsindən irəli gəlir. Hər bir halda onlara mümkün qədər İslamı və İslam əxlaqını öyrətmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin (Allah onlardan razı olsun) həyatından danışmaq, Uca Allahdan qorxmaq, bir-birinin haqqına girməmək və s. məsələlərə dəvət etmək lazımdır. Həmçinin, bu mövzuda kitablar almaq, dərslərə qulaq asmaq üçün şərait yaratmaq və s. lazımdır. Zövcənizə islamı öyrətmək də onun sizin üzərinizdə olan haqlarındandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Ailə başçısı kişi olduğu üçün bu söz ilk növbədə ona aiddir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi ailənin idarə edicisidir və etdiklərinə cavabdehdir". (Səhih əl-Buxari, 2554; Səhih Muslim, 1829). Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554, 7138; Səhih Muslim, 1829).

Teqlər: 
Paylaş: