Vəfat etmiş bir yaxınım üçün hansı duanı oxuya bilərəm?
Sual:
Vəfat etmiş bir yaxınım üçün hansı duanı oxuya bilərəm?
Cavab:
Salam aleykum. Əgər həmin insan müsəlman olubsa, Allahdan onun bağışlanmasını, onu cənnətə daxil etməsini, əməl dəftərini sağ əlinə verməsini, sorğu-sualını yüngülləşdirməsini və s. istəyə bilərsiniz. Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (əl-Həşr 10).