Sevdiyin şəxsi yuxuda görmək üçün dua varmı?

    03.10.2014
Kimdən: 
Stefan
Sual: 
salam. men sevdiyim insandan ayrildim indi ondan otru cox darixmisam o derecede ki onu hec olmasa yuxuda gormek isterdim bele bir dua ve yaxud nese bir wey varmiki sevdiyin insani yuxuda gore bilesen?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətlər vardır". (ər-Rum, 21).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadınla kişi bir-birlərinə sevgi ilə baxdıqda, Allah da onlara rəhmət gözü ilə baxar".
Sevgi Uca Allahın insanlara olan nemətlərindən biridir, amma Allah yalnız evlənmək niyyəti ilə sevməyə icazə vermişdir. Evlənmək niyyəti ilə olmayan sevgi isə insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər. Daha ətraflı: Zina haqqında

Həmçinin bu cür sevgi, sevənlər bir-birinə qovuşa bilmədiyi üçün iztiraba və qəlb xəstəliyinə çevrilə bilər. Ona görə də, sevməzdən əvvəl yaxşı-yaxşı düşünmək, götür-qoy etmək lazımdır.
Siz isə həmin insanı unutmağa çalışmalısınız, bunun üçün isə qəlbinizi bu cür fikirlərlə yox, Allahı zikr etmək, ibadət və ona yönəlməklə məşğul etmək lazımdır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28).

Teqlər: 
Paylaş: