Evlənmək istəyən cütlüyün nigahı yubanırsa, necə əlaqə saxlamalıdırlar?

    05.10.2014
Sual: 
Iki wexsin meqsedi evlilikdirse lakin aile qurmalari kebin kesmeleri bir nece ay sonra olacag mueyen sebeblere gore bes bu aylar erzinde bu iki genc bir. biri ile nece elaqede qalmalidirlar?
Cavab: 

Salam aleykum. Nigah bağlamayanlar bir-birinə naməhrəm olduqları üçün, onların təklikdə ünsiyyətdə olması və digər vasitələrlə də danışması haramdır. Çünki adətən belə hallar zina kimi daha böyük günahlara yol açır. Ona görə də aranızda kəbinin olması daha yaxşı olardı. Əgər zərurət yaransa, hərdən qohumların və ya digər yaxın insanların iştirakı ilə görüşə bilərsiniz. Valideynlərinizdən xahiş edin ki, sizin nigahınıza mane olan əngəlləri tez bir zamanda həll etsinlər və bunun üçün Uca Allaha çoxlu dua edin!

Teqlər: 
Paylaş: