Bu duanı 10 dəfə oxuyana 40 milyon savab yazılırmı?

    07.10.2014
Sual: 
SALAM eshedu en la ilahe illallahu vahdehu la şerikeleh ilahen vahiden sameden lem yettehiz sahibeten ve la veleda ve lem yeküllehu kufuven ehad" peygamberimiz hadis-i şerifte bu duayı günde on kere okuyana 40 milyon sevap yazılır buyurmuştur. Bu duani turkler yazib,Biz nece oxumaliyiq.Zehmet olmasa bu duani birde yazardiniz.Evvelceden tesekkur edirem.
Cavab: 
Aleykum salam. Əvvəla qeyd edək ki, bu hədis zəifdir. Hədisdə deyilir: "Kim hər gün 10 dəfə bu duanı oxusa, ona 40 milyon savab yazılar: "Əşhədu ənlə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, iləhən vahidən əhədən samədən ləm yəttəxiz sahibətən va lə valədə, va ləm yəkulləhu kufuvan əhəd" (Mən şahidlik edirəm ki, Allahdan baş­qa ilah (məbud) yoxdur, O təkdir və Onun heç bir şəri­ki yox­dur. O Allah birdir, təkdir, heç kəsə və heç nəyə möhtac deyildir! Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir! O Özünə heç bir dost və övlad götürməmişdir və Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!)". (Sunən ət-Tirimizi və İmam Əhməd "Musnəd" kitabı).
Teqlər: 
Paylaş: