Allah bizi eşidirmi və Allahın hansı adı ilə dua etsəm, yaxşı olar?

    07.10.2014
Sual: 
Salam Aleykum. Cox sagolun suallarimi cavablandisuz. Allah razi olsun.Bilmek isterdim ki meselen men gece yatanda dilim ile de dua edirem coxu hallarda qelbimde coxlu bagiwlanma dileyirrem dualar edirem Allahla sohbet edirem.Bele etmek dogrudurmu..????? Allah meni ewdidir he..Yoxsa melekler duami Allaha catdirir...???Birde cetin o landa bir iw hansi dualari edim ??? Allahin hansi adiyla dua etsem yaxwi 0lar???Allah razi olsun
Cavab: 

Aleykum salam. Bəli, düzgündür. Allaha dua etmək, Ondan bağışlanma diləmək özü bir ibadətdir. Heç şübhəsiz ki, Uca Allah özü bizi vasitəsiz eşidir və dualarımıza da Özü cavab verir: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186)
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir" (əş-Şura, 11)

Daha ətraflı: 
Dua ibadətdir
Mənə dua edin, Mən də sizə cavab verim

Bir iş ağır (çətin) gəldikdə edilən dua
Həmçinin Allahdan bir şey istədikdə "Ey Allahım!", "Ey Rəbbim!" deyə Uca Allaha üz tutub istədiyinizi diləyə bilərsiniz. Yaxud nəsə istədikdə ona uyğun Allahın adı ilə çağırmaq. Məsələn, ruzi istədikdə, ər-Razzəq adı ilə, şəfa istədikdə əş-Şəfi adı ilə və s. Ümumiyyətlə dua etdikdə ilk növbədə Uca Allaha həmd etmək, Onu adları ilə çağırmaq, peyğəmbərə salavat gətirmək və Allahın nemətlərini etiraf etmək yaxşıdır. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).

Teqlər: 
Paylaş: