Saçım çox uzun olduğu üçün necə hicab bağlayacağımı bilmirəm

    11.10.2014
Sual: 
Salam. Mənim saçlarım dizlərimdəndir. Başqaları kimi yığıb yuxarıdan toplasam həm başım-boynum ağrıyar və halım pisləşər, həm də özüm də bunu etmərəm, çünki oxumuşdum ki, bu cür hicab bağlamaq düzgün deyil. Buna görə də istəyirəm ki, saçımı parçaya büküb aşağıya sallayım və bu halda da saçımın uzun olduğu başa düşüləcək, insanlar saçlarımı təsəvvür edəcək və mən də olacam hicablı yox, geyinmiş bir lüt və günahkar insan. Amma əgər onun üzərindən də açıq bir şal sallasam altındakı parçaya bükülmüş saç görünməyəcək. Fəqət mən bu cür hicabları rahibələrdə görmüşəm. Peyğəmbərimizdən hədis var ki, kim özünü hansı qövmə oxşadarsa, o qüvmdəndir. Bu hədis məni qorxudur və çıxılmaz vəziyyətdə qalmışam. Allah xatirinə mənə məsləhət verin. Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz kimi, özünü digər qövmlərə oxşatmaq olmaz. Bu vəziyyətdə ya hər şeyi örtən çadra geyinmək, ya da saçı biraz kəsmək lazımdır. Əgər bu saç sizə Allahın razılığını qazanmaq üçün olan əməlləri etməyə mane olursa, onda kəsmək lazımdır. İslama görə qadının saçının çiyindən biraz aşağı olması kifayətdir. Uzun saç həmçinin qüsul alarkən çətinlik yaradır.

Teqlər: 
Paylaş: