İbrahim peyğәmbәrin atası bütpərəst olub?

    13.10.2014
Sual: 
Ibrahim peygәmbәrin atasi budperest olmusdur?atasi tarix deyerken kim nezerde tutulur? bizlere vaxt ayirdiginiz ucun cox sagolun.
Cavab: 

Salam aleykum. Bəli, İbrahimin (Allahın ona salamı olsun) atası həm bütə sitayiş edən (bütpərəst), həm də büt düzəldən olmuşdur. O, bütləri düzəldib satardı. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin camaatını açıq-aydın azğınlıq içində görürəm". (əl-Ənam, 74).
"Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". (Atası) dedi: "Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!" (İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım". (Məryəm, 41-48).
"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə (sözə) görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. Allah bir camaatı doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir". (ət-Tövbə, 112-115).

Teqlər: 
Paylaş: