Qədr-Xum bayramı nə deməkdir?

    20.10.2014
Sual: 
Salam aleykum.Bir choxlarinin dilinde,daha doqrusu shie ilahiyyatchilarinin dilinde Qedr-xum bayrami eshitmishem,amma bu haqda melumatim yoxdur.Sizden bu haqda bizi melumatlandirmaqinizi isterdim.Allah sizden razi olsun.Her cavabiniz gozel ve nesihetlidir.
Cavab: 

Aleykum salam. İslamda belə bir bayram yoxdur. Bu dinimizdə sonradan uydurlan bir yenilikdir. İslam dinində Allah və Onun Rəslunun (salləllahu aleyhi və səlləm) əmr etdiyi iki mübarək bayram var: Ramazan və Qurban bayramları. Bəzi alimlər də cümə gününü müsəlmanların simvolik olaraq həftəlik bayramından hesab ediblər. Yerdə qalan əlamətdar hadisələr (Qədr-Xum, Peyğəmbərimizin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin doğum günləri, Merac gecəsi və s.) heç biri bayram deyil, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu günləri xüsusi qeyd etməmiş və qeyd etməyi də buyurmamışdır.

Teqlər: 
Paylaş: