Hicablı qadınlarda ayaqlar da övrət yerindən sayılırmı?

    20.10.2014
Sual: 
Salam aleykum.Hicab baqlayan qizin el,uzden bashqa ayaqlari ovret yeridirmi?bezi hicablilarda ayaqlari ortulmur.
Cavab: 

Aleykum salam. Bəli, qadınlarda ayaqlar da övrət yerindən hesab olunur. Ümumiyyətlə islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər". (ən-Nur, 31). 
 

Teqlər: 
Paylaş: