Azərbaycan xalqı hansı irqə mənsubdur?

    24.10.2014
Sual: 
azerbaycanlilar hansi irqe mensubdurlar?
Cavab: 

Salam aleykum. İnsanın hansı irqə məxsus olması önəmli deyil, Allah qatında üstünlük yalnız təqvaya (Allah qorxusu) görədir. Rəbbimiz buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır". (əl-Hucurat, 13).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Milliyətçiliyə dəvət edən bizdən deyildir! Milliyətçilik üçün çarpışan bizdən deyildir və milliyətçilik uğrunda ölən də bizdən deyildir!" (Əbu Dəvud).
"Asabiyyət (qövmçülük, tayfaçılıq, millətçilik) davasına qalxan, onu yaymağa çalışan, bu dava yolunda mübarizəyə, münaqişəyə girişən bizden deyildir!" (Əbu Dəvud: "Ədəb", 112).

Paylaş: