Həcc ziyarətindən gələn insan ziyafət verə və ya hacı olmasını elan edə bilərmi?

    26.10.2014
Sual: 
belə bir sual vermək isterdim. Həcc ziyarətindən qayidan insan yığıncaq, qonaqlıq verə bilərmi ? Vəya hamı bilməlidirmi ki, o insan Haci olub (yəni ondan bu haqda sorushulmadan ve ya zeruret olmadiqda)? yoxsa ibadətin digər növləri ki, bu ibadət də gizli saxlanmalıdır -gizli olmalıdır . Mümükünse daha tez cava bilersinizmi? ALlah razı olsun, Allah sizi xeyirle mukafatlandırsın
Cavab: 

Aleykum salam. Həcc Allahın vacib buyurduğu ibadət növlərindəndir. Bütün ibadətləri və Allah rizası üçün olan əməlləri bacardıqca gizli saxlamaq savab baxımından daha yaxşıdır. Həccdən qayıtdıqda evə görüşməyə gələn qohum və ya dost-tanışa ziyafət vermək olar. Ancaq heç xüsusi olaraq bunu elan eləmək düzgün sayılmır.

Paylaş: