Niyyət edərək hər ay bir həftə nəzir orucu tutmaq bidətdirmi?

    30.10.2014
Sual: 
Salam Aleykum. Men her ay bir hefte( esasen ayin ilk heftesi) ALLAH rzasi ucun oruc tutmagi niyyet etmisem ( bir nov ALLAH rzasi ucun nezir demisem yeni). Bele bir emel etmek bidet sayilirmi? Yeni bu sekilde nezir dediyim uzre oruc tutmaq bidet emellerden hesab olunurmu?
Cavab: 
Aleykum salam. Daha yaxşı olar ki, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) tutduğu kimi oruc tutasınız: Hər həftənin 1-ci və 4-cü günləri və hicri-qəməri ayın 13, 14, 15-ci günləri. Daha ətraflı məlumat üçün bu məqaləni oxuyun: Peyğəmbərimizin tez-tez oruc tutduğu fəzilətli günlər hansılardır?
Məlumat üçün qeyd edək ki, hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. O demişdir: "Uca Allah buyurur: "Adəm övladının etdiyi hər bir nəziri Mən əzəl­dən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adam­dan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir". (İmam Əhməd, 7499).
Məsələn, nəzir edilir ki, "filan işim düzəlsin və ya arzum həyata keçsin, Allah yolunda qurban kəsəcəyəm, sədəqə verəcəyəm və ya digər xeyir əməli edəcəyəm". Amma hətta bu şəkildə nəzir edilərsə belə, vacibdir ki, Allah qarşısında nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Uca Allah buyurur: "Sözsüz ki, itaətkarlar kafur qatılmış badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 5-9).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (Səhih əl-Buxari, 6696).
Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə (məsələn, oruc, namaz, həcc, ümrə və s. buna bənzər əməllərlə) nəzir etmək olar və bu əməl bidət (dində yenilik) sayılmır.
Teqlər: 
Paylaş: