Müsəlman qadının kabluk geyinməsi icazəlidirmi?
Sual:
men hicab baglayiram kablok geyine bilerem
Cavab:
Salam aleykum. Alimlərə görə müsəlman qadınlara hündur daban ayaqqabı geyinmək - cazibədar görünən formada yerimək, digər qövmlərə oxşamaq və s. səbəblərə görə icazəli deyil. Müsəlman kişi və qadınlar yeriyəndə də təvazükar və normal olmalıdırlar. Həmçinin belə ayaqqabıların sağlamlığa zərər vurduğu, diz, oynaq, onurğa ağrıları və s. yaratdığı məlumdur.