Yuxuda ölmüş yaxın insanının üşüdüyünü görmək nə məna verir?
Sual:
menim yoldasim 1 aydir rehmete gedib dunen gordumkiyuxuda hamamdadir emimde onun yanindadir cixib deyiki yoldasim rehmete gedib inanmiram girib su tokdum uzune ayildi heyata qayitdi goye baxiram nur uzlu bir adama teastdiskur edirem onu yasadigi ucun gordum usuyur camatdan qohumlardan paltar istiyirem pukurem ustunu yatir sonra bir qiz mene sirniyat verir yeyirem yerden tokulmus qirintilari yigiram
Cavab:
Aleykum salam. Ümumiyyətlə yuxulara görə dünyadan köçmüş heç bir kəsin nə qəbirdə nemət görməsinə, nə də əzab çəkməsinə qəti şəkildə hökm vermək olmaz. Çünki bu qeybi məsələdir. Qeybə aid olanları isə Allahdan başqa heç kəs bilmir. Sadəcə olaraq yuxuda ölən insanın nemət içində olduğunu gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Ölən insanın əzab çəkdiyini gördükdə isə onun üçün Allahdan bağışlanma diləmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bəzi insanlar günahlara görə qəbirdə əzab çəkərək günahlardan təmizlənə bilərlər.