Qonşu özünün imkanı olduğu halda məndən nəsə istəyirsə, verməmək günahdır?

    02.11.2014
Sual: 
Salam Aleykum. Qonsunu haqqi barede hedisler var da.bes eger qonsu her qullugcun diger qonsudan nese almaga gelse yeni o seyi almaga oz imkani var ama almir gedir onu qonsudam istiyir. Herdefe de gelir. Duzdu adam Allah rizasi ucun sebr etmelidi. Ama uje qonsu da basa dusen olmalidi. Bir defe verdin ele herdefe gelir. Bu barede ne mesleget vererdiz. O qonsuya nese demek ve olar xetrine deymeden?
Cavab: 

Aleykum salam. Əgər məsələ bu cürdürsə, istəsəniz verməyə bilərsiniz və bununla qonşunun haqqına girmiş sayılmırsınız. Sizin üzərinizə düşən səbir və gözəl əxlaqdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari).
Ümumiyyətlə, hər bir müsəlman öz qonşusuna yaxşılıq etməli və onun halı ilə maraqlanmalıdır. Uca Allah müsəlmanın yaxşılıq etməli olduğu insanlar sinfinə qonşunu da daxil etmişdir: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin..!". (ən-Nisə, 36)
Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrindən Əbu Zərrə (Allah onlardan razı olsun) belə buyurmuşdur: "Ey Əbu Zərr, şorba bişirdiyin vaxt suyunu bir qədər çox et və ondan qonşuna da ver...".
Əbu Şureyh əl-Xuzai (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Kim Allaha və Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin....".
İbn Ömər (Allah onlardan razı olsun) deyir ki, mən peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan asılı olacaq. O deyəcəkdir: "Ey Rəbbim! Bu, öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ey müsəlman qadınlar! Ey müsəlman qadınlar! Qoy heç bir qonşu qadın öz qadın qonşusuna qoç dırnağını belə əsirgəməsin".
"Uca Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu öz qon­şu­suna yax­şılıq edən kimsədir".
"Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz". (Muslim, 1/68).

Paylaş: