Şəkil çəkdirmək olarmı?

    04.11.2014
Kimdən: 
qq
Sual: 
salam men esitmisem ki sekil cekdirmek gunahdir.duzdumu? yeni telefonla ve yaxud fotoaparatla.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam dininə görə əl ilə canlı (ruhu olan) şəkli çəkmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).
Əbu Cuheyfənin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bədənə döymə vuran və vurduranı, sələm yeyən və yedirdəni lənətləmiş, itin və (zinaya sövq edilmiş) kənizin müqabilində pul almağı qadağan etmiş və rəsm çəkənləri lənətləmişdir". (əl-Buxari). 
Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmək icazəlidir. Rəvayət edilir ki, bir dəfə bir nəfər İbn Abbasın (radıyəllahu anhumə) yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas (Allah onların ikisindən də razı olsun) dedi: "Mən sənə ancaq peyğəmbərdən eşit­diyimi danışaca­ğam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çə­kər­sə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qor­xudan) onun rəngi saraldı. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) dedi: "Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (əl-Buxari, 2225).
İnsan və heyvanların fotosunu çəkməyin hökmü də mötəbər alimlərin çoxunun rəyinə görə yuxarıdakı kimidir. Video isə qalıcı olmadığı üçün halal sayılır.

Paylaş: