Dünyasını dəyişmiş valideynin əvəzinə sədəqə vermək olarmı?

    08.11.2014
Sual: 
Salam aleykum. Valideynlərim dünyasını dəyişiblər. Onların adından və ya əvəzinə sədəqə versəm onlara savab yazılarmı?
Cavab: 

Aleykum salam. Dünyasını dəyişmiş valideynin əvəzinə sədəqə vermək olar və ona savabı çatır. Rəvayət edilir ki: "Bir gün bir nəfər peyğəmbərdən (salləllahu aleyhi və əlihi və səlləm) soruşdu: "Ya Rəsulullah! Anam qəfil (gözlənilmədən) vəfat etdi. Elə güman edirəm ki, əgər o, danışmağa macal (imkan) tapsaydı, (malından) sədəqə verməyi vəsiyyət edərdi. Əgər mən onun əvəzinə sədəqə versəm, bundan ona savab çatarmı?" Allah Rəsulu (salləllahu aleyhi və əlihi və səlləm): "Bəli!" - deyə cavab verdi". (əl-Buxari, 1388).

Teqlər: 
Paylaş: