Qaynananın gəlinə verdiyi əzabın və onu evdən çıxartmasının bədəli varmı?

    13.11.2014
Sual: 
Salam.məni qaynanam evimdən çıxarıb.onun günahı varmıdır.və üzr istəyirəm.1 övladım var.biridə bətnimdədi.onlarda olanmülkdə haqqımız varmı.haqqımı istəyə bilərəmmi? qaynananın gəlinə verdiyi əzabın.ona dediyi pis sözlərin.onu haqqı olan evdən çıxarmağın bədəli varmı???(əvvəlcədən təşəkkürlər)
Cavab: 

Aleykum salam. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur. Ümumiyyətlə bu cür hallara görə çox üzülmək lazım deyil, Uca Allah Qiyamət günü hər kəsin haqqını verəcək və ədalətlə hökm edəcək. Daha ətraflı:
Qul haqqı barədə
Qaynanamla yola getmirəm, nə edim?
Əgər ev qayınanaya məxsusdursa, bu halda gəlinin o evdə haqqı yoxdur. Amma siz səbirli olun, ola bilsin ki, bu sizin üçün daha xeyirlidir. Alimlər də bu cür problemlər yaşanan ailələrdə ayrı evə köçməyi məsləhət görmüşlər. Həmçinin oxuyun: Sıxıntı anında oxunan dua

Teqlər: 
Paylaş: