Zəm-Zəm hansı suya deyilir?
Aleykum salam. Zəm-zəm — Məkkə şəhərində, Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. Bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özləri ilə götürürlər.
Bu suyun möcüzəvi xüsusiyyələrini istər İslami səhih mətnlər, istərsə də müasir elmi araşdırmalar təsdiqləyir. Səhih hədislərə görə Zəm-Zəm suyu olduqca əhəmiyyətli, bərəkətli və şəfalı sudur. Peyğəmbər (salləllahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Zəm-zəm suyunu içərkən edilən dua qəbuldur". (İmam Əhməd).
Digər bir hədisdə isə belə deyilir: "Zəm-Zəm suyu içildiyi məqsədə, niyyətə görədir".
Həcc və Ümrə üçün gələn ziyarətçilərin bu suyu içməsi müstəhəb (bəyənilən) əməllərdəndir, həmçinin Zəm-Zəm suyunu suzuluğu yatırmaq üçün doyunca içmək Peyğəmbərin sünnəsidir.
Bu suyun tarixi haqqında daha ətraflı bu məqaləni oxuyun: Kəbəni kim tikmişdir?