Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
Va aleykumus-Sələm. Yas mərasimlərində ölənin ailəsinin başsağlığı verməyə gələnlərə yemək verməsi bidətdir (dinə sonradan əlavə edilmiş yenilik). Bunu etmək nə Quranda, nə də səhih hədislərdə buyurulmayıb. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (əl-Buxari, Muslim).
Əslində Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunun əksini əmr etmişdir. Başqaları ölən insanın ailəsinə yemək verməlidirlər. Abdullah ibn Cəfər (radıyəllahu anhu) rəvayət edir ki, atası Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi: "Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir". (Əbu Dəvud, 3116; ət-Tirmizi, 1003).
Uca Allah buyurur: "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).