Can alan mələyə Əzrail deyilməsi doğrudurmu?

    16.11.2014
Sual: 
Salam. Can alan meleye ezrail niye deyirler?
Cavab: 

Aleykum salam. Alimlərə görə bu mələyin Quran və Sünnədə olan adı ölüm mələyidir (ərəbcə "mələku-l-movt"). İnsanlar arasında Ölüm mələyinin Əzrail kimi adlandırılmasının heç bir elmi əsası yoxdur. Ehtimallara görə İsrail övladlarından qalma məlumatdır.
Uca Allah buyurur: "De: "Sizə müvəkkil olan ölüm mələyi (mələkul-movt) canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!" (əs-Səcdə, 11).
Bu mələk mələklərin böyüklərindəndir və digər mələklər kimi mömin ruhlara qarşı çox şəfqətli kafirlərə qarşı isə çox şiddətlidir. Uca Allah buyurur: "And olsun (kafirlərin canını) zorla alanlara! And olsun (möminlərin canını) rahatlıqla alanlara!" (ən-Naziət, 1-2).

Paylaş: