İmamlara and içmək düzgündürmü?
Sual:
salam.imamlara and icmek duzgundur?
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə dinimizə görə Allahdan qeyrisinə and içmək kiçik şirk sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim Allahdan başqasına and içərsə küfr etmişdir və ya şirk etmişdir". (Əbu Davud, 3/ 570; İbn Hibban, 1177). Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz atasına and içən bir səhabəyə demişdir: "Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!" (Səhih əl-Buxari, 2482).
Qənd, işıq, çörək, namaz, ataya, anaya, valdeynlərin canına və s. nə olursa-olsun, bunlar hamısı Allahdan qeyrisinə and içilən şeylərə daxildir. Allahdan başqasına and içməyin qadağan olunmasındakı sirr budur ki, bir şeyə and içmək həmin şeyi təzim etməyi tələb edir, əzəmət isə həqiqətdə yalnız Allaha aiddir.