Xristian dinində olmaq günahdırmı?

    19.11.2014
Sual: 
salam eleykum men bilmey isdiyirem eyer islam dini bize cennete dusmey ucun oyud nesihetler verir namazi meslehet ve vacib gorur en dogru olanda islam dinidi bes xristianlara ne buyrulur? onlar nece hakk hesab olunacaq o dunyada ve yaxudda axiretde ? sizce o dinde olmaq oz gunahlaridi bununcun onlar ne etmelidi ne ucunde xristian dini var ? cavab verseydiz etrafli sad olardim tewekkurler.
Cavab: 

Aleykum salam. Xristian dini sonradan insanlar tərəfindən dəyişdirilmiş dinlərdəndir. İsa peyğəmbər (Allahın ona salamı olsun) insanları yalnız Allaha ibadət etməyə və ona şərik qoşmamağa çağırırdı. O öldükdən sonra isə, insanlar "İsa Allahın oğludur" deyərək küfr etdilər və özlərindən yeni din uydurdular.
Uca Allah buyurur: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)". (əl-Maidə, 72-73).

Tək İsa yox, Adəmdən başlayaraq (Allahın onlara salamı olsun) bütün peyğəmbərlər yalnız bir din - yalnız Allaha ibadət etmək dinində olublar. İslam dini isə özündən əvvəlkilərin davamı və təsdiqləyicisidir. "Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir". (Ali İmran, 19)
Daha ətraflı:
İslam - tək haqq dindir!
Xristianlar niyə kafirdir?
İslamdan qeyri dinlərə iman gətirənlər cənnətə düşəcəklərmi?

Paylaş: