Kiminlə ailə qurmaq insanın öz seçimidir, yoxsa alın yazısıdır?

    22.11.2014
Sual: 
Salam. Deyirsiniz ki Allah her seyi taleyimize yazir, amma hem de heyat yoldasini secmek insanin oz elindedir. Bes kimle aile quraqcagimiz alin yazisidir yoxsa ozumuzden asilidir? Eger alin yazisi deyilse bes aile ile insan niye bezen agir sinaqlara cekilir? Meselen menim kimi, hamile iken yoldasim qezada rehmete getdi. Belke birinin alinina yazilib ki sen kimse terefinden olduruleceksen. Hemin kimse de onu oldurmelidir axi, bes niye qatil sayilib gunahlar qazanir?
Cavab: 

Aleykum salam. Allah sizə çoxlu səbr versin və müsibətlər əvəzində günahlarınızı bağışlasın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Allah buyu­rur: "Mən mö­min qulumun sevdi­yi yaxın bir adamının canını aldıq­dan sonra o buna (sə­bir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verə­cəyim mükafat ancaq Cən­nət olar". (əl-Buxari).
Ümumən qədər mövzusu ən ağır mövzulardandır və burada çox danışmaq qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Səhabələrim haqda söhbət düşdükdə susun! Ulduzlar haqda söhbət düşdükdə susun! Qədər haqda söhbət düşdükdə susun!" (ət-Tabərani, "Mu'cəmul-Kəbir" 1411, 10296)  Uca Allah öz elmi ilə hər kəsin hansı əməlləri edəcəyini bilərək yazmışdır, lakin bununla yanaşı insana müəyyən seçimlər də vermişdir. İnsanlar əməlləri öz seçimləri ilə edirlər və buna onları heç kim məcbur etmir. Əgər məcburiyyət olsa idi, Qiyamət günü sorğu-sualın mənası olmazdı. Hər kəs günahları məcburi etdiyini bəhanə gətirərdi. İnsan öz əməllərinə görə məsuliyyət daşıyır və əməllərinə görə hesab verəcəyini bilməlidir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver". O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2).

"İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Kiminlə ailə qurmaq barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kişilərə və qadınlara aşağıdakıları tövsiyə etmişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).
O, həmçinin demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (radıyəllahu anhum) dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (Hədisi ət-Tirmizi və başqaları rəvayət etmişdir. Əsrimizin görkəmli ədhis alimi əl-Əlbəni isə hədisi "həsən" olaraq təsnif etmişdir). Daha ətraflı bu məqalələri oxuyun:
Qədəri bəhanə gətirənlərə cavab
Səbir edənləri müjdələ!
Sınaqlara səbr etmək barədə

Teqlər: 
Paylaş: