Yuxuda deyilən qurban kəsilməlidirmi?

    20.11.2014
Sual: 
Salam Aleykum. Men bir gun yuxuda atamla qardasimi dalasan gordum ve qurban dedim. Boyuklerim deyirki kesmelisen. Xais edirem buna aydinliq getiresiz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Yuxuda əmr olunanları həyata keçirmək yalnız peyğəmbərlərə vacib olmuşdur, çünki onların yuxuları vəhy idi. Bizə isə yuxulara görə hərəkət etmək şəriətdə buyurulmayıb. Həmçinin adi insanın yuxuları şeytandan da ola bilər.

Peyğəmbərlərin yuxularına aid misallar:
"O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən". (əs‐Saffat, 102).
"Bir zaman Yusuf atasına dedi: "Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm". (Yusif, 4).
Surənin sonunda buna yozum olaraq belə deyilir: "O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: "Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir". (Yusif, 100)
"Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir." (əl-Fəth, 27)
Həmçinin, hədislərdə bildirilir ki, Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın aydınlığı kimi gerçək olmasın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir".
Həmçinin oxuyun: Yuxular çin çıxırmı?

Paylaş: