Aşağıda sadaladığım şeylərə görə İslama inanmıram...

    11.11.2014
Kimdən: 
Muşfiq
Sual: 
Niye İslama inanmiram??? Evrənin yaşı - 17.300.000.000 il Dünya - 4.500.000.000 il Yaşana biləcəy atmosferi olan dünya -3.500.000.000 il Tək hüceyrəli canlılar - 2.800.000.000 il Çox hüceyrəli canlılar -2.000.000.000 il İnsanlar - 200.000 il Çox tanrılıq -8.000 il Tək tanrııçılıq - bu müsəlman tanrısı deyl - 4.000 il Bunun evezine Tanri dunyani 5 gune yaratdir. Hevvani da Ademin qabirgasindan yaratdi. Habil de Qabili (ya da eksine) virub öldürdü. Və sonra??? Hı sonra da biz yarandıq. Nağılına inanmadığım üçün. Buna bir cavabınız varmı??
Cavab: 

Əvvəlcə rəqəmlərdən başlayaq, burda bəzi rəqəmlərin sübutu yoxdur, məsələn, tək tanrıya ibadət etməyin tarixi kimi. Əslində Uca Allah ilk insanı yaratdığı gündən yalnız Allaha ibadətin tarixi başlayır, daha sonra isə bir-birinin ardınca peyğəmbərlər göndərilərək insanlar yalnız Allaha ibadət etməyə çağrılmışdır. Quranda Allahın dünyanı altı günə yaratması, amma bu günlərin bizim günlərdən fərqli olduğu bildirir. Bu siz yazdığınız rəqəmlərlə ziddiyyət təşkil etmir, çünki hətta 11-ci sinif Fizika dərsində şagirdlər də bilir ki, zaman nisbi ola bilər. Uca Allah buyurur: "ləklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar". (əl-Məaric, 4).
Başqa bir ayədə isə buyurulmuşdur: "Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!" (əl-Həcc, 47).
Həvva Adəmdən yaradılmışdır, bir qardaşın digərini öldürməsinin isə harası qəribədir, məgər belə şey eşitməmisiniz? Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!" (ən-Nisa, 1).

Hal-hazırda bu cavabı oxuyarkən istifadə etdiyiniz cihaz (telefon, kompüter və s.) öz-özünə, təsadüf nəticəsində yarana bilərdimi? Bu sadə qurğu düşünülmüş və planlı şəkildə yaradılırsa, insan bədəni, təbiət, kainat kimi mürəkkəb sistemlər necə təsadüfən yarana bilər? Bu sistemləri tədqiq edən elm adamlarının əksəriyyəti oradakı misilsiz dəqiqliyi, ağlasığmaz dərəcədə mürrəkəbliyi və bütün ağılları heyrətə salacaq quruluşu və idarəetməni görərək, sonsuz hikmət və elmə malik olan yaradanın olmasını təsdiq edirlər, mediada isə ateistlərin gülməli və əsassız iddiaları təbliğ olunur. Həmçinin Quranda elmi faktların öz təsdiqini tapmasını da inkar etmək olmaz. İnsanın ana bətnində inkişaf mərhələlərindən tutmuş, kainatın getdikcə genişlənməsi, atmosferin təbəqələri, təbiət hadisələri və s. haqqında Qurandakı məlumatlar müasir elmlə tam təsdiq olunmuşdur. Biz sizdən xahiş edirik ki, Quranı düşünərək əvvəldən axıra qədər oxuyun, bu zaman Allahın izni ilə haqq sizə aydın olacaq. Uca Allah buyurur: "Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar. Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir". (Ya Sin, 34-40).
Yenə Uca Allah buyurur: "Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır". (əl-Bəqərə, 164).
Digər bir ayədə də buyurulur ki: "Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir". (əl-Mulk, 3-4).
Teqlər: 
Paylaş: