Məhəmməd peyğəmbərdən başqa heç bir peyğəmbəri tarix təsdiq etmir?

    26.11.2014
Kimdən: 
Allah bəndəsi
Sual: 
Məhəmməd peyğəmbərdən başqa heç bir peyğəmbəri tarix təsdiq etmir. Tarixi şəxsiyyət kimi. Bu suala cavab versəniz məmnun olaram. Allah təala sizlərdən razı olsun!
Cavab: 

Salam aleykum. Ən səhih mənbə Qurandır, çünki bu kitab Uca Allah tərəfindən nazil edilmiş və indiyə qədər heç bir dəyişikliyə məruz qalmamışdır. Quranda isə Məhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) də daxil olmaqla 25 peyğəmbərin (Allahın onlara salamı olsun) adı çəkilir və adı çəkilməyən digər peyğəmbərlərin olması haqqında da xəbər verir: "Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik". (əl-Ənam, 83-86).
"Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq". (Ğafir, 78).

Nümunə üçün İsa və Musa (Allahın onlara salamı olsun) haqqında tarixçilərin rəylərinə baxdıq. Tarixdə İsa peyğəmbərin olmasını müxtəlif dinlərə mənsub olan demək olar ki, bütün mötəbər tarixçilər təsdiqləyirlər. Musa peyğəmbəri də çox qədimdə yaşadığına baxmayaraq, bəzi din əleyhdarlarını çıxmaqla bir çox alimlər təsdiqləyiblər. Həmçinin oxuyun: Peyğəmbərlərə iman

Teqlər: 
Paylaş: