Misirlilər Yusif peyğəmbərdən sonra yenə də kafir oldularmı?

    29.11.2014
Sual: 
Esselamun aleykum menim size sualim budur ki, HZ. Yusif peygember geldikden sonra Misirde tek Allahliliq yarandi. Bes HZ. Musa eleyhisselam HZ. Yusif eleyhisselamdan sonra geldiyine gore demeli yeniden misirliler kafir oldular?
Cavab: 

Aleykum salam. Bəli, onların çox hissəsi Yusif peyğəmbərdən sonra yenidən dinlərindən döndülər. Uca Allah insanları doğru yola çağırmaq üçün bir-birinin ardınca peyğəmbərlər göndərmişdir. Tarix boyu hər zaman, peyğəmbərlər vəfat etdikdən sonra insanların bir hissəsi dinlərindən dönmüşlər.
Hətta sonuncu peyğəmbər Muhəmməd (sallallahu aleyhi və səlləm) vəfat etdikdə də, səhabələrin bəziləri çaşqınlığa düşmüş, onun ölümü ilə hər şeyin bitdiyini zənn etmişdilər.

Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdikdə Əbu Bəkr (radiyallahu anhu) Sunhda idi (peyğəmbər məscidindən bir mil uzaqda yerləşən məntəqədir). Ömər (radiyallahu anhu) səhabələrə xitab edib dedi: "Allaha and olsun ki, peyğəmbər ölməyib, Allah onu qaytaracaq. Bu vaxt Əbu Bəkr gəldi, onun üzünü açıb öpdü və dedi: "Atam-anamsan sən (Əbu Bəkr bunu ibadət mənasında yox, sadəcə çox istədiyindən hörmət mənasında demişdir), sağlığında da, öləndən sonra da səndən gözəl ətir gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, O sənə ölümü iki dəfə daddır­maz". Sonra Ömərə oturmağı əmr etdi və üzünü səhabələrə tutub, Allahı həmd-səna etdikdən sonra dedi: "Kim Məhəmmədə ibadət edir­di­sə, bilsin ki, artıq o vəfat etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir. Sonra bu ayələri oxudu: "(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcək­lər". (əz-Zumər, 30).  "Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-getmiş­lər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dö­nən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər". (Ali İmran, 144). Bu ayələri oxuduqdan sonra səhabələr ağladı". (Buxari, 7/23, 3667, 3668)

Paylaş: