Hesablama yolu ilə hamilə qalmaq günahdırmı?
Sual:
Salam.Çox çox üzr istəyirəm.hesablamaynan hamilə qalmaq günah sayılırmı?
Cavab:
Aleykum salam. Dediyiniz bu məsələ son zamanlarda meydana çıxan bir şeydir. Çin təqvimi deyilən bir təqvimə əsasən ananın yaşı və hamilə qaldığı günə əsasən, doğulacaq uşağın qız və yaxud oğlan olacağı deyilir. Hətta hamilə qalmazdan əvvəl də təqvimə əsasən gün təyin edirlər ki, uşağın oğlan olması üçün həmin gün hamilə qalmağa cəhd edilsin. Təbii ki, bu yalan və mövhumatdır, müasir tibb elmi də bildirir ki, uşağın cinsinin ananın yaşı və hamilə qaldığı gündən asılılığı yoxdur. Bu həmçinin falın bir növüdür, ona görə də bundan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 90)
"Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50)
Bunun niyə məhz Çindən gəlməsinin səbəbi isə sadədir: Bildiyimiz kimi Çində ailədə yalnız 1 uşağa icazə verilir, əksər ailələr isə uşaqlarının oğlan olmasını istəyirlər. Qız uşaqlarının abort olunması halı orada geniş yayılıb. Bu səbəbdən bəzi batil inancda olanlar bu cür üsullara əl atmışlar.