"Cümə günü vəfat edən şəxsə şəhid mükafatı yazılar və qəbir əzabından qorunar" hədisi doğrudurmu?

    28.11.2014
Kimdən: 
Nail
Sual: 
Salam,Peyğəmbərimiz "Cümə günü vəfat edən şəxsə Allah taala şəhid mükafatı yazar və onu qəbir fitnəsindən qoruyar" deyibmi,bu doğrudur?
Cavab: 
Və aleykum Salam. Ümumiyyətlə cümə günü ölmək müsəlman üçün gözəl əlamətdir. Hədisə gəlincə, Peyğəmbərimiz (saləllahu aleyhi və səlləm) belə demişdir: "Cümə axşamı və ya cümə günü vəfat edən müsəlmanı Uca Allah qəbir fitnəsindən (əzabından) qoruyar". (əl-Beyhəqi, 141). Ancaq şəhid mükafatı yazılacağı barədə heç bir məlumat verilmir.
Paylaş: