Müsəlmanları, xüsusən də elm tələbələrini təhqir edənlərə yardım etmək olarmı?
Sual:
Salam aleikum. Bir nefer mene yardimla bagli muraciet edib. Yoldashinin emeliyyata ehtiyyaci oldugunu soyleyib. Ve xeyli miqdar pul isteyib. Menise bunu sosial shebekede yazmisham.. Ve muselmanlar bir-bir pul vermeye bashladilar. Daha sonra oyrendim ki bu bacinin yoldashi elm telebelerini tehqir edir. Medine telebesine sapik ve s deyir. Yardim edenler ise elm ehlini soymeyen muselmanlardir Elhemdulilleh. Indi men ne edeceyimi bilmirem. Bu hereketleri etmeyen muselmanlarin da ehtiyyaci oldugu halda, onlara yardim etmeyib buna etmek olar mi? Umumiyyetle yardimda bu insanlarin hokmu nedir..? Bizi tehqir eden birine yardim etmek olarmi?
Cavab:
Aleykum salam. Əgər doğurdan da əmin olsanız ki, onlar qeyd etdiyiniz bu pis xüsusiyyətlərin sahibidirlər, deməli onların əqidəsində və dini düşüncələrində problem var. İslam alimlərinə görə belələrinə, hətta ailələrinə belə yardım etməkdən çəkinmək lazımdır. Əgər siz elan vasitəsi isə artıq o yardımı toplamısınızsa, yaxşı olar ki, bunu digər kasıb müsəlmanlara yönəldəsiniz. Allah bütün müsəlmanların xəstələrinə şəfa versin və sizdən də Allah razı olsun ki, belə bir xeyirxah iş üçün təşəbbüs göstərmisiniz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Xeyir işə vasitəçi olan onu etmiş kimidir. Yəni onu edən insan qədər savab qazanır". (Səhih Muslim).