Cümə günləri ehsan niyyəti ilə şirniyyat paylayanlardan bunu qəbul etmək olarmı?

    09.12.2014
Sual: 
Allah elminize bereket versin ve sizi qorusun. Bilmek isterdim cume gunleri eger biri halva ve ya konfet ve ya bashqa shey paylayarsa mutleq onu paylayanin niyyeti sorushulmalidirmi ve sonra goturulmelidirmi? 2) ve ya eger niyyetinde olulerin ruhuna ehsan olarsa onu goturmek olarmi
Cavab: 

Salam aleykum. Allah razı olsun! Ölünün ruhuna ehsan niyyəti ilə paylanan şeyi götürmək olmaz, çünki bu bidətdir (dində yenilik). Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizə aid olmayan bir şey edərsə, etdiyi qəbul olunmayıb, rədd olunar". (əl-Buxari, 2034, "Kitabus-Sulhi" 2697; Muslim, 1718). 
Niyyət açıqlanmadığı halda, məsələ şübhəli olduğu üçün çəkinmək daha yaxşıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunu bilməzlər. Kim şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli məsələlərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir". (əl-Buxari, 52)
Niyyəti soruşmaq isə ədəbdən sayılmır. Amma söhbət əsnasında və ya nəsihət etmək üçün soruşula bilər.

Paylaş: