Hicab bağlayıb sonra onu açmağın cəzası nədir?
Aleykum salam. Hicab bağlamamaq və ya bağlayıb sonra açmaq böyük günahdır. Ümumiyyətlə, günahlar iki yerə bölünür: kiçik və böyük günahlar. Kiçik günahları namaz, oruc və digər xeyirli əməllər vasitəsilə silmək mümkündür. Böyük günahlara görə isə yalnız tövbə etmək və bir daha o əmələ qayıtmamaq lazımdır, əks halda bu günahın sahibini Allah bağışlamasa, axirətdə əzab çəkə bilər. Böyük günahlara misal olaraq, zina etmək, sələm (faiz) yemək, cadu və sehr, oğurluq, namaz qılmamaq, hicab geyinməmək və s. göstərmək olar.
Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl Әhzab, 59)