Cənnətdəki hurilər nə üçündür?

    10.12.2014
Sual: 
Salam aleykum. Cennetteki huriler ne ucundur? Yeni eger dunyada bir insanin heyat yoldasi da imanli ise ikiside cennete dusse bir yerde olmayacaglar? Bir de cennettede insanin yaxinlig etmeye ehtiyaci olacag?
Cavab: 

Aleykum salam. Ailə üzvlərindən Cənnətə girənlər biryerdə olacaqlar. Uca Allah buyurur: "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar. O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24).
Cənnətdə huriləri Uca Allah Cənnət neməti olaraq yaradıb. Uca Allah buyurur: "(Onlar üçün orada) iri  gözlü, qəşəng hurilər də vardır, sanki sədəf içində gizlənmiş incidirlər". (əl Vaqiə, 22-23).
"Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!" (əl-Vaqiə, 35).
Qeyd edək ki, bəzi hədislərə əsasən dünyadakı qadınlar Cənnətə girəndə hurilərdən də gözəl və xeyirli olacaqlar. Cənnətdə yaxınlıq etməyə ehtiyac olacaq. Uca Allah bunu həzz olaraq yaratmışdır, bu həzz isə Cənnətdə daha üstün formada olacaq.

Teqlər: 
Paylaş: