Qadın evdə savab qazanmaq üçün nə etməlidir?

    14.12.2014
Sual: 
Salam Aleykum. Qadın evde savab qazanmaq ucun ne etmelidir?
Cavab: 

Aleykum salam. Uca Allah onun razılığını və Cənnəti qazanmaq üçün çoxlu vasitələr yaratmışdır. Onlardan bəzilərini sadalamaq olar:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol deyilər...". (İmam Əhməd, 1661).
O (salləllahu aleyhi və səlləm), həmçinin bir qadına belə demişdir: "Sənin ərin varmı?" O dedi: "Bəli". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onunla necə dolanırsan?" O dedi: "Onun haqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır". O (salləllahu aleyhi və səlləm) dedi: "Onunla davranışına fikir ver, çünki o sənin cənnətin və cəhənnəmindir". (İmam Əhməd).
Bundan əlavə övladlarına baxmaq və onları gözəl tərbiyə etmək, ailənin sirrini saxlamaq, ərinin malını qorumaq və digər şeylər hamısı qadına savab qazandırır.
Quran oxumağı öyrənmək və onu uşaqlarına öyrətmək də ən böyük savablardan biridir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir". (əl-Buxari). Quran oxumağı internetdəki videolara baxaraq öyrənə bilərsiniz.
Nafilə ibadətlər də bəndəni Allaha yaxınlaşdıran vasitələrdəndir: Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari).
Allahın dinini dərindən öyrənmək, bu haqda çoxlu kitablar oxumaq və imkan düşdükcə ətrafdakıları dəvət etmək də böyük savablardandır. Həmçinin oxuyun:
Boş vaxtımın hədər getməməsi üçün nə edim?

Teqlər: 
Paylaş: