İdmanda zədələnmək günah sayılırmı?

    14.12.2014
Kimdən: 
Allah bəndəsi
Sual: 
Əvvəla salam aleykum.Mən idmana gedirəm amma ağlıma bir sual düşüb .Əgər mən idmanla məşğul olarkən əzilsəm bu mənə diqqətsizliyimin üzündən günah qazandırır?Əgər bunu mən qəsdən etdimsə nə olar ,bilmədən etdikdə nə olar?
Cavab: 

Aleykum salam. İdman etmək çox gözəldir, xüsusən də güləş, üzgüçülük, atçılıq və atıcılıq sünnədəndir. Hər kəs öz bədənini qorumağa çalışmalıdır, çünki bədən Allahın ona verdiyi əmanətdir. Bilmədən zədələnmək günah deyil. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı, bilmədən, qəsdsiz) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh).
Qəsdən özünü zədələmək isə günahdır: "Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195).

Paylaş: