Qadın nigah zamanı ona verilən mehr pulu ilə qurban kəsə bilərmi?

    14.12.2014
Sual: 
Salam aleykum.Sualim bundan ibaretdirki Qadina verilen mehrle yeni el arasinda (bawliq pulu) deyilir.Evlendikden sonra qadin ona verilen hemen o pulla yeni mehirle Qurban kese bilermi.Qurbani sehihdirmi?
Cavab: 

Aleykum salam. Bəli, qadın ona verilən mehr pulu ilə qurban kəsə bilər, çünki bu pul qadının şəxsi və toxunulmaz malıdır. Şəriətdə nigah zamanı qadına mehrin verilməsinin buyurulması qadının hüquqlarını qoruyur. Heç kəsin, istər valideynin, istərsə də ərin qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur. Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən imtina etməsinlər deyə, evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir. Uca Allah buyurur: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (ən-Nisa, 4).

Teqlər: 
Paylaş: