Qızla oğlanın tanışlıq məqsədi ilə üç gündən artıq danışması günahdırmı?

    21.12.2014
Sual: 
Salam aleykum. Men esitmisem ki oglanla qizin 3 gunden artig danismagi gunahdir, bu duzdur? Tanisligcun danismag olmaz? Yeni eyer gorusmurse ele bele danismag gunahdir??
Cavab: 
Aleykum salam. Naməhrəm qızla oğlanın evlənməkdən başqa bir niyyətlə tanış olub görüşməsi haramdır, çünki bu, cəmiyyətdə zina, rüsvayçılıq, xəstəlik və digər fitnə-fəsada gətirib çıxarır. Evlənmək niyyəti ilə görüşüb bir-birinə baxıb söhbət etmələrinə isə icazə verilir. Bu görüş məhrəmlərin olduğu yerdə keçirilir (məsələn, qızın ailəsinin evində), qız və oğlan bir otağa çəkilib (başqalarının onları görməsi şərtilə) söhbət edə bilərlər. Bir-birini bəyənmədikləri halda evlilikdən imtina olunur. Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar". (ən-Nur, 30-31).
Paylaş: