Qaynatam Məhərrəm ayında televizora baxmağı qadağan edib, mən isə tabe olmuram...
Salam aleykum. Şəriətə əsasən, qadın ərə getdikdən sonra ərinin onun üzərindəki hüquqları, bütün insanların, hətta qadının valideynlərin haqqından daha çoxdur. Qadının öz ərinə tabe olması vacib buyurulmuş, lakin onun üzərinə digər insanların, həmçinin ərinin valideynlərinə tabe olmaq kimi vəzifə qoyulmamışdır. Amma ərinə və ümumiyyətlə böyüklərə hörmət baxımından onlara tabe olması gözəl haldır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!" (ət-Tirmizi: "əl-Birr", 15; Əbu Dəvud: "Ədəb", 58). Alimlər hədislərdə vurğulanan "bizdən deyildir" ifadəsini haram əmələ və ya böyük günaha yol vermək kimi açıqlamışlar. Digər bir hədisdə isə "Yaşlılara hörmətin sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir" demişdir. (ət-Tirmizi: "Cihəd", 24; Əbu Dəvud: "Cihəd", 70).
Musiqiyə qulaq asmaq isə yalnız Məhərrəm ayında yox, həmişə haramdır. Daha ətraflı: Musiqiyə qulaq asmaq və rəqs etmək olarmı?
Həmçinin Məhərrəm ayında yas saxlamaq da olmaz, çünki əhli-beytə sevgi vacib olsa da, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ölüyə 3 gündən artıq yas saxlamağı qadağan etmişdir. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?
Həmçinin oxuyun: Boş vaxtımın hədər getməməsi üçün nə edim?